Azərbaycanda kənd təsərrüfatı rəqəmsal transformasiyanın öncüsü
Azera Drones MMC, 2024-cü ildə Azərbaycanda kənd təsərrüfatı ilaçlama xidmətlərini müasir dron texnologiyaları ilə birləşdirmək məqsədi ilə qurulmuşdur. Şirkətimiz, fermerlərə yüksək məhsuldarlıq, aşağı xərc və ekoloji təmiz həllər təklif edərək kənd təsərrüfatında yeni dövrün öncüsü olmağı hədəfləyir.
İstifadə etdiyimiz DJI Agras T50 dronları, pambıq, qarğıdalı, düyü və digər strateji məhsullarda ilaçlamanı ən dəqiq və səmərəli şəkildə həyata keçirir. İnkişaf etmiş püskürtmə sistemləri ilə bir dəfədə yüzlərlə hektar sahə qısa müddətdə ilaçlana bilir, beləliklə həm vaxt həm də xərc üstünlüyü təmin edilir.
Missiyamız, inkişaf etmiş dron texnologiyaları ilə sürətli, təhlükəsiz və səmərəli ilaçlama xidmətləri təklif edərək fermerlərin istehsal gücünü artırmaqdır.
Azera Drones olaraq vizyonumuz, Azərbaycanda və bölgədə kənd təsərrüfatında rəqəmsal transformasiyanın lideri olmaq, müasir dron texnologiyaları ilə kənd təsərrüfatı istehsalında məhsuldarlığı ən yüksək səviyyəyə çıxarmaqdır. Daha az su və ilaç istifadə edərək ekoloji təmiz həllər təklif etmək, fermerlərimin xərclərini azaltmaqla davamlı kənd təsərrüfatını dəstəkləmək əsas hədəfimizdir.
"Daha məhsuldar kənd təsərrüfatı, daha güclü gələcək" anlayışı ilə səyahətimiz
Azera Drones MMC, kənd təsərrüfatında yenilikçi texnologiyaların tətbiqi məqsədi ilə 2024-cü ildə qurulmuşdur. Azərbaycanda kənd təsərrüfatı istehsalında məhsuldarlığı artırmaq, su və ilaç istifadəsində qənaət təmin etmək və müasir kənd təsərrüfatı üsullarını fermerlə buluşdurmaq vizyonu ilə yola çıxmışdır.
Quruluşundan qısa müddət sonra, dünyanın ən inkişaf etmiş kənd təsərrüfatı dronlarından biri olan DJI Agras T50 donanmasını işə salaraq pambıq, qarğıdalı, düyü və digər strateji bitkilərdə ilaçlama işlərinə başlamışdır. Müasir püskürtmə sistemləri sayəsində %90-a qədər su qənaəti təmin edilərkən, eyni zamanda ətraf mühitə verilən zərər minimuma endirilmişdir.
2024-cü il ərzində, Azera Drones ölkə üzrə bir çox rayonda kənd təsərrüfatı ilaçlama xidməti təklif edərək, fermerlə etimada əsaslanan əməkdaşlıqlar inkişaf etdirmişdir.
Saha əməliyyatlarındakı təcrübəmizi təhsillə tamamlayırıq! 2025-ci ildən etibarən, Azərbaycanda texnoloji kənd təsərrüfatının və pilotsuz sistemlərin gələcəyini qurmaq üçün peşəkar təlim fəaliyyətlərimizə başladıq.
Eyni il, MKT İstehsalat Kommersiya MMC kimi böyük kənd təsərrüfatı istehsal şirkətləri ilə strateji razılaşmalar edilərək xidmət şəbəkəmiz genişləndirilmişdir. Beləliklə, həm özəl sektor həm də fermer birliklər ilə güclü əməkdaşlıq modeli yaradılmışdır.
Bu gün Azera Drones, Azərbaycanın ən etibarlı kənd təsərrüfatı texnologiyaları şirkətlərindən biri kimi fəaliyyət göstərir
Dəqiq ilaçlama, bitki sağlamlığı analizi və məhsuldarlıq optimallaşdırması ilə fermerlərimin yanındayıq
Enerji, təhlükəsizlik, xəritəçəkmə və yoxlama sahələrində peşəkar dron xidmətləri
Sertifikatlı təlimatçılarla peşəkar dron pilotu yetişdiririk
Sahəsində mütəxəssis, təcrübəli təlimatçı heyətimiz
PUA 2 PİLOTU
50.000 Hektar Dronla İlaçlama Təcrübəsi
PUA 2 TƏLİMATÇISI
Təlimatçı - 10 İllik Aviasiya Təcrübəsi